Qubada təmir zamanı usta hündürlükdən yıxılıb
Qubada usta hündürlükdən yıxılaraq ölüb.
1news.az "Report"a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Stalov Vahid Seyidbala oğlu Dağlı kəndində yerləşən fərdi yaşayış evində təmir işləri görən zaman yüksəklikdən yerə yıxılıb.
O, aldığı xəsarətlər səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
50












