Sabunçuda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Sabunçu rayonunda 36 yaşlı kişini elektrik cərəyanı vurub.
1news.az "Report"a istinadən xəbər verir ki, hadisə 1990-cı il təvəllüdlü Əliabbas Niftalıyevin Ramana qəsəbəsinin ərazisində kamera quraşdıran zaman baş verib.
O, xəstəxanaya aparılıb və orada ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
115












