Azərbaycanda pensiyaların orta aylıq məbləği 10,5 faiz artıb - STATİSTİKA | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda pensiyaların orta aylıq məbləği 10,5 faiz artıb - STATİSTİKA

Qafar Ağayev12:12 - Bu gün
Azərbaycanda pensiyaların orta aylıq məbləği 10,5 faiz artıb - STATİSTİKA

Pensiyaların orta aylıq məbləği 10,5 faiz artıb

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin ölkədə sosial təminatla bağlı yaydığı məlumatda bildirilib.

Məlumata görə, 2026-cı il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 100 min pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10,7 faizini təşkil edib.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manat təşkil edib.

Orta aylıq pensiyanın məbləği orta aylıq əməkhaqqının 50,6 faizinə bərabər olub.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər