DİN: Ötən gün 57 cinayət hadisəsi qeydə alınıb
Avqustun 28-də ölkə ərazisində 57 cinayət hadisəsi qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 135 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 109 nəfər borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 20 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər də saxlanılıb.
61












