199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir

1news Redaksiyası12:17 - 31 / 08 / 2026
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir

Paytaxtın Nərimanov rayonu, Nemət Quliyev küçəsini (Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) Xırdalan şəhəri (Bakı Mühəndislik Universiteti) ilə əlaqələndirən 199 nömrəli müntəzəm marşrutun bütün avtobusları dəyişdirilir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. 

Bildirilib ki, Sentyabrın 1-dən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən “İveco” markalı avtobuslarla əvəzlənəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.

Paylaş:
229

Son xəbərlər

Bütün xəbərlər