Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1news.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb.
Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Gülnarə Rafiq qızı Süleymanovanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan qadın hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.
Fakt üzrə araşdırma aparılır.
49












