Uşağın qanında psixotrop dərman aşkarlanıb? – 98 saylı bağçada baş verənlərlə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşağın qanında psixotrop dərman aşkarlanıb? – 98 saylı bağçada baş verənlərlə bağlı araşdırma aparılır

First News Media16:00 - Bu gün
Uşağın qanında psixotrop dərman aşkarlanıb? – 98 saylı bağçada baş verənlərlə bağlı araşdırma aparılır

Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın qanında psixotrop dərman aşkarlanması ilə bağlı iddia araşdırılır.

1news.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, uşağın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib.

İddiaya əsasən, aparılan analizlərin nəticəsində uşağın qanında psixotrop dərman aşkarlanıb.

Məsələ ilə bağlı ərazi polis şöbəsində təhqiqat araşdırması aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd olunub ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilib.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər