"Araz-Naxçıvan"ın ev oyunlarını Şamaxıda keçirməsinin səbəbi açıqlanıb | 1news.az | Xəbərlər
İdman

"Araz-Naxçıvan"ın ev oyunlarını Şamaxıda keçirməsinin səbəbi açıqlanıb

First News Media16:23 - Bu gün
"Araz-Naxçıvan"ın ev oyunlarını Şamaxıda keçirməsinin səbəbi açıqlanıb

"Araz-Naxçıvan" ev oyunlarını Şamaxı şəhər stadionunda keçirmək üçün mövsümün əvvəlində müraciət etsə də, arena və hava şəraiti ilə bağlı məhdudiyyət səbəbindən bu yalnız indi mümkün olub.

1news.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Naxçıvan klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, çempionatın startında matçların Şamaxıda təşkil olunması üçün istək bildirilsə də, həmin vaxt havanın isti olması və stadionda işıqlandırma sisteminin olmaması səbəbindən Peşəkar Futbol Liqası tərəfindən ilk 4 turda gündüz saatlarında qarşılaşmaların keçirilməsinə icazə verilməyib.

Artıq həmin qadağa aradan götürüldüyü üçün komandanın ev görüşlərində sözügedən idman qurğusundan istifadə edəcəyi qeyd olunub.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasında ilk iki ev matçını Qəbələ şəhər stadionunda keçirib. V turda baş tutacaq "Turan Tovuz"la matçdan etibarən komandanın ev oyunları Şamaxı şəhər stadionunda təşkil olunacaq.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər