Dövlət Komitəsi 98 saylı bağçada baş verənlərlə bağlı hərəkətə keçdi – Valideynlər çağırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi 98 saylı bağçada baş verənlərlə bağlı hərəkətə keçdi – Valideynlər çağırıldı

First News Media17:36 - Bu gün
Dövlət Komitəsi 98 saylı bağçada baş verənlərlə bağlı hərəkətə keçdi – Valideynlər çağırıldı

Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasına cəlb olunmuş azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə olunması ilə bağlı yayılan məlumatlar Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aparılmış tibbi müayinələr zamanı azyaşlının orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələr aşkarlanıb.

Məsələ ilə bağlı azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunub və onlardan ətraflı məlumat alınıb.

Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb.

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcək.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər