AMB ödəniş bazarında fəaliyyət göstərən iki şirkəti cərimələyib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AMB ödəniş bazarında fəaliyyət göstərən iki şirkəti cərimələyib

Oksana Orucova13:06 - Bu gün
AMB ödəniş bazarında fəaliyyət göstərən iki şirkəti cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarında fəaliyyət göstərən iki şirkətlə bağlı inzibati məsuliyyət tədbiri görüb.

1news.a xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, AMB-nin 31 mart–15 aprel 2026-cı il tarixlərində “Baku Pay” MMC-də keçirdiyi yerində yoxlama zamanı pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.

Bununla əlaqədar şirkətin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.2-ci maddəsinə əsasən 2 000 manat məbləğində cərimə edilib.

Digər hal isə “Global İnnovations” MMC ilə bağlıdır. AMB-nin 24 fevral–17 mart 2026-cı il tarixlərində şirkətdə apardığı yerində yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Aşkarlanmış pozuntularla əlaqədar “Global İnnovations” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən hüquqi şəxs kimi 50 000 manat məbləğində cərimə edilib.

Beləliklə, AMB-nin açıqladığı məlumatlara əsasən, hər iki şirkətlə bağlı inzibati məsuliyyət tədbirləri yerində aparılan yoxlamalar zamanı aşkar edilmiş qanunvericilik pozuntuları ilə əlaqədar tətbiq olunub.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər