Qusarda təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşub - FOTO

First News Media17:52 - Bu gün
Qusarda təcili tibbi yardım avtomobili yük maşını ilə toqquşub - FOTO

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində qeydə alınıb. Təcili tibbi yardım avtomobili ilə yük maşını toqquşub.

İlkin məlumata görə, xəsarət alan olmayıb, təcili tibbi yardım avtomobilinə ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər