Dərmandan zəhərlənən qadın öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Dərmandan zəhərlənən qadın öldü

1news Redaksiyası14:57 - 04 / 09 / 2026
Dərmandan zəhərlənən qadın öldü

Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb.

Kənd  sakini 40 yaşlı Gülnarə Ələsgərova dərman zəhərlənməsi diaqnozu ilə Şəmkir xəstəxanasına daxil olub.

Xəstəxanada həkimlərin tibbi yardımlarına baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
 
 

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər