Nəsimidə soyğunçuluq edən keçmiş məhbus saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimidə soyğunçuluq edən keçmiş məhbus saxlanıldı

1news Redaksiyası17:16 - 07 / 09 / 2026
Nəsimidə soyğunçuluq edən keçmiş məhbus saxlanıldı

Paytaxtın Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

1news.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək pul vəsaitini alıb və hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər