Bərdədə avtomobil piyadanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

First News Media09:43 - Bu gün
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, İlham Zeynalov idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan Sücayət Məmmədovanı vurub.

Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər