DİM-dən 2027-ci il imtahanları ilə bağlı YENİLİK
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayaraq, 2027 ci ilin imtahanlarında dəyişiklik edəcək
1news.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək buraxılış imtahanlarının proqramlarını təqdim edib. Bildirilib ki, 9-cu siniflər üzrə imtahanlarda 2026-cı ildə tətbiq olunan model saxlanılacaq.
11-ci siniflərdə isə xarici dil imtahanında dinləyib-anlama və oxuyub-anlama tapşırıqları ilə yanaşı, şagirdlərin fikirlərini yazılı şəkildə ifadə etməsini tələb edən tapşırıq da yer alacaq.
Azərbaycan dili, rus dili və riyaziyyat fənləri üzrə isə 2027-ci ildə də 2026-cı ilin imtahan modeli tətbiq olunacaq.
Ayxan Məlikzadə
61












