Tramp: ABŞ ara seçkilərinə görə İrana “bütün gücü ilə” hücum etməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tramp: ABŞ ara seçkilərinə görə İrana “bütün gücü ilə” hücum etməyib

Qafar Ağayev11:38 - Bu gün
Tramp: ABŞ ara seçkilərinə görə İrana “bütün gücü ilə” hücum etməyib

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də ölkədə keçiriləcək Konqresə ara seçkiləri səbəbindən İrana “bütün gücü ilə” hücum etmədiklərini bildirib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində İranla davam edən müharibədən danışarkən deyib.

Aparıcının ABŞ-nin İrana niyə “bütün gücü ilə” hücum etmədiyi barədə sualını cavablandıran Tramp noyabrın 3-də keçiriləcək Konqresə ara seçkilərinə işarə edərək, “Bunu seçkilərə görə istəmirəm”, - deyə bildirib.

Tramp müharibənin seçkilərdən sonra, hətta bəlkə də “seçkilərdən dərhal əvvəl” başa çata biləcəyini söyləyib.

“İran çətin vəziyyətdədir. Onların başı böyük bəladadır”, - deyə ABŞ Prezidenti vurğulayıb.

“Onların hər zaman müəyyən sayda raketi olacaq”

ABŞ-nin İranın raketlərini tamamilə məhv etdiyi iddiasına baxmayaraq, Tehranın hələ də necə raket buraxa bildiyi barədə suala cavab verən Tramp İranın çox sayda raketinin olduğunu bildirib.

“Onların çoxlu raketləri var. Böyük hissəsini məhv etmişik, amma hələ də raketləri var. Onların hər zaman müəyyən sayda raketi olacaq”, - deyə Tramp qeyd edib.

ABŞ Prezidenti İranla bağlı hər hansı peşmanlıq hiss etmədiyini də vurğulayıb.

“Bunu yenidən etmək məcburiyyətində qalsaydım, tam olaraq belə edərdim”, - deyə Tramp bildirib.

Tramp İranın nüvə imkanlarının aradan qaldırıldığını iddia edib.

“Onlar dəlidirlər. İsraili məhv edərdilər. Yaxın Şərqi məhv edərdilər və bizim bir neçə şəhərimizi vurmağa başlayardılar. İranın nüvə silahı olsaydı, onlara zəng edib deyərdik: ‘Cənab, bir araya gələ bilərikmi?’ Onlarla daha fərqli şəkildə davranardıq”, - deyə ABŞ Prezidenti bildirib.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər