Həftəsonu hava dəyişir: leysan və dolu ehtimalı var | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftəsonu hava dəyişir: leysan və dolu ehtimalı var

First News Media16:46 - Bu gün
Həftəsonu hava dəyişir: leysan və dolu ehtimalı var

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

1news.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər