8 Noyabr prospektində yolda çökmə olub: Piyadalar və velosipedçilər üçün təhlükə - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

8 Noyabr prospektində yolda çökmə olub: Piyadalar və velosipedçilər üçün təhlükə - VİDEO

Qafar Ağayev13:19 - Bu gün
8 Noyabr prospektində yolda çökmə olub: Piyadalar və velosipedçilər üçün təhlükə - VİDEO

8 Noyabr prospektində yolun bir hissəsində çökmə baş verib.

1news.az-ın qaynar xəttinə daxil olan məlumata görə, prospektin velosiped zolağı və səkinin yerləşdiyi hissəsində yol örtüyündə çökmə müşahidə olunur.

Sakinlərin sözlərinə görə, ərazidə yaranmış problem həm piyadaların, həm də velosiped istifadəçilərinin hərəkətinə müəyyən çətinlik yaradır. Bildirirlər ki, xüsusilə havanın qaranlıq vaxtlarında bu təhlükəyə çevrilir. 

Bəs görəsən yolun həmin hissəsində yaranmış çökmənin səbəbinin araşdırılmı? Problemin həlli ilə bağlı işlərə başlanılıbmı?

1news.az nəsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu göndərib. 

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, əraziyə baxış keçirilib problemin aradan qaldırılması üçün addımlar atılacaq. 

 

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər