Ağcabədidə çoxillik tut bağı yanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə çoxillik tut bağı yanır

1news Redaksiyası15:05 - 14 / 09 / 2026
Ağcabədidə çoxillik tut bağı yanır

Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb.

1news.az report-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər