AYNA yollarda nişanlanma və xətlənmə işləri aparacaq
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində yollarda nişanlanma və xətlənmə işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
1news.az “İqtisadiyyat.az”a istinadən xəbər verir ki, agentlik bununla bağlı “STP-Btech” şirkəti ilə iki nəhəng müqavilə bağlayıb.
Müvafiq olaraq müqavilələrdən birinin maliyyə dəyəri 29,4 milyon manat, digərinin maliyyə dəyəri isə 36,1 milyon manat müəyyənləşib.
Beləliklə, AYNA respublika ərazisində yollarda nişanlanma və xətlənmə işlərinə 65,5 milyon manat xərcləyəcək.
Xatırladaq ki, AYNA ötən il xətlənmə və nişanlanma işləri ilə bağlı “STP-Btech” şirkəti ilə əvvəlcə 32,3 milyon manat, sonra isə 45 milyon manat dəyərində (ümumilikdə 77,3 milyon manat) müqavilə bağlayıb.












