Alen Simonyan: Hikmət Hacıyevlə daim əlaqə saxlayırıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Alen Simonyan: Hikmət Hacıyevlə daim əlaqə saxlayırıq

Qafar Ağayev16:34 - Bu gün
Alen Simonyan: Hikmət Hacıyevlə daim əlaqə saxlayırıq

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə mütəmadi əlaqə saxladığını bildirib.

1news.az xəbər verir ki, bunu Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

“Biz həmişə əlaqə saxlayırıq. Məndə Hacıyevin telefon nömrəsi var, onda da mənim nömrəm var. Demək olar ki, iki gündən bir danışırıq”, - deyə o bildirib.

Simonyan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə səfərindən sonra da Hacıyevlə danışdığını təsdiqləyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi söhbətin təfərrüatlarını açıqlamayıb. O qeyd edib ki, bu təmasların əsas məqsədi Azərbaycanla Ermənistan arasında sülh prosesinin qorunub saxlanılmasıdır.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər