Slovakiyanın müdafiə naziri Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Slovakiyanın müdafiə naziri Azərbaycana səfər edəcək

First News Media15:27 - Bu gün
Slovakiyanın müdafiə naziri Azərbaycana səfər edəcək

Slovakiyanın müdafiə naziri Robert Kalinyak VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak etmək üçün sentyabrın sonlarında Azərbaycana səfər etməyi planlaşdırır.

1news.az xəbər verir ki, bu barədə "Report"un Xankəndiyə ezam olunan əməkdaşına xarici diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.

"Bəli, gözlənilir", - səfir Slovakiyanın müdafiə nazirinin ADEX 2026-da iştirak etmək üçün planlaşdırılan səfəri ilə bağlı sualı cavablandırarkən deyib.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər