Suriyada kütləvi etirazlar davam edir | 1news.az | Xəbərlər
Dünya

Suriyada kütləvi etirazlar davam edir

Ayxan Məlikzadə08:55 - Bu gün
Suriyada kütləvi etirazlar davam edir

Suriyada yanacağın qiymətinin artırılması ölkə üzrə genişmiqyaslı etirazlara səbəb olub.

1news.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb.

Sentyabrın 13-də Suriya hökuməti dizel yanacağının qiymətini 40 faiz, benzinin qiymətini isə 28 faiz artırıb. Hakimiyyət qiymət artımının müvəqqəti xarakter daşıdığını bildirib. Qeyd olunub ki, qərarın əsas səbəbləri dünya bazarında neft və neft məhsullarının bahalaşması, eləcə də Suriyanın iki əsas neft emalı zavodundan biri olan Baniyasdakı müəssisənin modernləşdirmə işləri ilə əlaqədar fəaliyyətini dayandırmasıdır.

Qiymət artımından sonra ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirilib, bəzi ərazilərdə nümayişlər iğtişaşlarla müşayiət olunub.

Qeyd edək ki, etirazlar Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra ölkədə keçirilən ən kütləvi aksiyalardan biri kimi qiymətləndirilir.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər