Türkiyədə liseyin qarşısında silahlı hücum: Yaralanan şagirdlər var, hücum edən şəxs axtarılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə liseyin qarşısında silahlı hücum: Yaralanan şagirdlər var, hücum edən şəxs axtarılır

First News Media10:16 - Bu gün
Türkiyədə liseyin qarşısında silahlı hücum: Yaralanan şagirdlər var, hücum edən şəxs axtarılır

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda liseyin qarşısında silahlı hücum baş verib, hadisə zamanı şagirdlərin yaralandığı bildirilir.

1news.az Hürriyet.com.tr-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.

İlkin məlumata görə, kimliyi hələ müəyyənləşdirilməyən şəxs naməlum səbəbdən məktəbin qarşısında ətrafa silahla atəş açıb.

Silah səslərindən sonra ərazidə panika yaşanıb. Hadisə ilə bağlı 112 Təcili Çağrı Mərkəzinə şagirdlərin yaralandığı barədə məlumat daxil olub.

İnsidentlə əlaqədar əraziyə çox sayda polis və təcili tibbi yardım əməkdaşı cəlb edilib. Polis məktəbin ətrafında təhlükəsizlik tədbirləri görərək araşdırmaya başlayıb.

Hazırda hücumu törədən şəxsin kimliyi, hadisənin səbəbi və yaralanan şagirdlərin səhhəti barədə əlavə məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma davam edir.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər