“Formula-1”lə əlaqədar Bulvarın bir hissəsinə giriş məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Formula-1”lə əlaqədar Bulvarın bir hissəsinə giriş məhdudlaşdırılır

First News Media10:46 - Bu gün
“Formula-1”lə əlaqədar Bulvarın bir hissəsinə giriş məhdudlaşdırılır

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Dənizkənarı Milli Parkın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır.

1news.az xəbər verir ki, sentyabrın 22-də saat 16:00-dan etibarən Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılacaq.

Bildirilib ki, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəst olacaq.

Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın bir sıra ərazilərində nəqliyyat məhdudiyyətləri də tətbiq olunur.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər