Azərbaycanda sentyabr ayı üzrə pensiyalar tam ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda sentyabr ayı üzrə pensiyalar tam ödənilib

First News Media10:20 - Bu gün
Azərbaycanda sentyabr ayı üzrə pensiyalar tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

1news.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə Azərbaycanın bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər