Gənc tələbə burun əməliyyatı zamanı həyatını itirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənc tələbə burun əməliyyatı zamanı həyatını itirib

First News Media10:17 - Bu gün
Gənc tələbə burun əməliyyatı zamanı həyatını itirib

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, UFAZ-ın “Kompüter elmləri” ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib.

Məlumata görə, o, burun əməliyyatı zamanı həyatını itirib.

Qeyd edək ki, 2024-cü ildə Bakı Türk Liseyindən məzun olan Fidanın atası Kamil Abbasov həmin təhsil müəssisəsində kimya müəllimidir.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər