Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub - VİDEO

First News Media10:38 - Bu gün
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub - VİDEO

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.

1news.az "Report"a istinadən xəbər verir ki, hücum zamanı bir neçə dron idarənin rəisin otağı istiqamətini hədəf götürüb.

Otaq və bütün mərtəbə tamamilə sıradan çıxıb.

R. Vəliyev otağı təhlükə hiss edən kimi tərk etdiyinə görə, xəsarət almayıb. İdarədə olan polislərdən də tələfat olmayıb.

Vəliyev Rüstəm Elçin oğlu 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər