Bakıda 5 məktəbdə tədris distant formada təşkil ediləcək - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 5 məktəbdə tədris distant formada təşkil ediləcək - SİYAHI

Qafar Ağayev11:08 - Bu gün
Bakıda 5 məktəbdə tədris distant formada təşkil ediləcək - SİYAHI

“Formula-1” üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakının mərkəzi küçə və prospektlərində tətbiq olunacaq nəqliyyat məhdudiyyətləri səbəbindən 5 ümumi təhsil müəssisəsində tədris məsafədən təşkil ediləcək.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağı nəzərə alınaraq, aşağıdakı təhsil müəssisələrində 22-26 sentyabr tarixlərində tədris distant formada təşkil olunacaq:

  • Tofiq İsmayılov adına 6 nömrəli lisey;

  • Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi;

  • Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi;

  • 132-134 nömrəli lisey;

  • İlyas Əfəndiyev adına Elitar gimnaziya.

Qeyd edək ki, qərar “Formula-1” Azərbaycan Qran-Prisi ilə əlaqədar şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərlə bağlıdır.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər