Ucarda avtomobil kanala aşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda avtomobil kanala aşıb

1news Redaksiyası15:52 - 23 / 09 / 2026
Ucarda avtomobil kanala aşıb

Ucar rayonunda yol qəzası olub.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bərdə şəhər sakini 1988-ci il təvəllüdlü Mehman Mehman oğlu Məmmədovun idarə etdiyi BMW markalı minik avtomobili idarəetmədən çıxaraq suvarma kanalına aşıb.

Nəticədə, sürücünün sərnişin qismində olan həmyerlisi - 1985-ci il təvəllüdlü Roman Zakir oğlu Əsgərov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər