Bəzi yerlərdə arabir yağış yağır – FAKTİKİ HAVA
Sentyabrın 25-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.
1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 mm-dək qeydə alınır.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 m/s-yə çatır.
80












