Mikayıl Cabbarov: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini inkişaf etdirir | 1news.az | Xəbərlər
Siyasət

Mikayıl Cabbarov: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini inkişaf etdirir

Qafar Ağayev10:43 - Bu gün
Mikayıl Cabbarov: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini inkişaf etdirir

“Uzunmüddətli siyasət və davamlı investisiyalar vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat xətlərini inkişaf etdirib”.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, hazırda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycan ərazisindən keçərək hər iki istiqamətdə fəaliyyət göstərir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, şaxələndirilmiş dəmir yolu və Xəzər dənizindəki bərə donanması Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz və Türkiyə ilə birləşdirən Orta dəhlizin əsas elementlərindəndir”, - deyə o bildirib.

M.Cabbarovun sözlərinə görə, bu dəhlizlər boyunca tərəfdaşlarla əməkdaşlıq nəticəsində təhlükəsiz və etibarlı marşrut qurulub.
“Hər il yük həcmləri artır, potensial olaraq isə daha da böyüyür”, - nazir vurğulayıb.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər