Mikayıl Cabbarov: Sülh regionda yeni investisiya imkanları açır | 1news.az | Xəbərlər
Siyasət

Mikayıl Cabbarov: Sülh regionda yeni investisiya imkanları açır

Qafar Ağayev10:58 - Bu gün
Mikayıl Cabbarov: Sülh regionda yeni investisiya imkanları açır

“Sülh bazarları, təchizatçı əlaqələrini və əvvəllər əlçatmaz olan investisiya imkanlarını açır və bütün region üçün faydalar təmin edir”.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalaması və sülh sazişinin ilkin mətninin razılaşdırılması Cənubi Qafqazda vəziyyəti dəyişib.

“Bu, Cənubi Qafqazda vəziyyəti dəyişdi və Mərkəzi Asiya və Cənubi Qafqazın daha geniş regionunun iqtisadi inteqrasiyasını artırdı”, - deyə M.Cabbarov bildirib.

Onun sözlərinə görə, regionda sülhün təmin olunması yeni iqtisadi imkanların yaranmasına şərait yaradır.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər