Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır

1news Redaksiyası10:35 - 25 / 09 / 2026
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı mərhələsinə başlanılır.

Bu barədə 1news.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumat göndərilib.

Sənədlərin yoxlanılması sentyabrın 28-29-da həyata keçiriləcək. Prosesdə 288 müəllimin iştirakı nəzərdə tutulur. Müəllimlər şəxsi səhifələrinə daxil olaraq sənədlərin yoxlanılması mərhələsi ilə bağlı məlumatlarla tanış ola bilərlər.

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər