Otman Bozdağ Palçıq Vulkanında püskürmə ilə bağlı qiymətləndirmə işləri aparılır
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında 26 sentyabr 2026-cı il tarixində saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb.
1news.az xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib.
“Püskürmə güclü alovlanma ilə müşayiət olunub”.
Onun sözlərinə görə, hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.
59












