Karlos Saynsın bolidi Azərbaycan Qran-prisinin ilk məşqi zamanı alovlandı – FOTO | 1news.az | Xəbərlər
İdman

Karlos Saynsın bolidi Azərbaycan Qran-prisinin ilk məşqi zamanı alovlandı – FOTO

Feliks Vişnevetskiy13:03 - Bu gün
Karlos Saynsın bolidi Azərbaycan Qran-prisinin ilk məşqi zamanı alovlandı – FOTO

“Williams” komandasının pilotu Karlos Sayns Bakıda keçirilən Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü zamanı bolidinin arxa əyləcləri ilə bağlı problem yaşayıb.

1news.az xəbər verir ki, İspaniyalı pilotun bolidinin arxa əyləcləri nahiyəsində yanğın baş verdiyi müşahidə olunub. Bundan sonra Sayns boksa qayıdıb və “Williams” komandasının mütəxəssisləri hadisənin səbəbini araşdırmağa başlayıblar.

Hadisə Bakı şəhər trekində yarış həftəsonunun ilk günündə baş verib.

Qeyd edək ki, Karlos Sayns ötən il Bakıda “Williams”ın heyətində ilk podiumunu qazanıb. İspaniyalı pilot yarışı üçüncü pillədə başa vurub.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər