Ağsuda yanğına səbəb olan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda yanğına səbəb olan şəxs saxlanılıb

1news Redaksiyası10:39 - Bu gün
Ağsuda yanğına səbəb olan şəxs saxlanılıb

Ağsuda ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndinin ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən edilərək saxlanılıb. Faktla araşdırma aparılır.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər