Ötən gün ölkə ərazisində 44 cinayətin açılması təmin olunub
Sentyabrın 29-da ölkə ərazisində 44, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 135 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər isə saxlanılıb.
44












