Kürdəmirdə çobanı ildırım vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə çobanı ildırım vuraraq öldürüb

1news Redaksiyası11:25 - Bu gün
Kürdəmirdə çobanı ildırım vuraraq öldürüb

Kürdəmir rayonunda çobanı ildırım vuraraq öldürüb.

1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da saat 17:00 radələrində rayonun Şıxımlı kəndində baş verib.

Belə ki, kənd sakini Zahir Hacalıyev xırdabuynuzlu heyvanları otararkən ildırım vurması nəticəsində aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər