Netanyahu: “Flydubai” reysi ilə bağlı vəziyyət nəzarət altındadır | 1news.az | Xəbərlər
Siyasət

Netanyahu: “Flydubai” reysi ilə bağlı vəziyyət nəzarət altındadır

Qafar Ağayev14:16 - Bu gün
Netanyahu: “Flydubai” reysi ilə bağlı vəziyyət nəzarət altındadır

İsrailin baş naziri Binyamin Netanyahu Dubaydan Təl-Əvivə uçarkən Səudiyyə Ərəbistanına yönləndirilən “Flydubai” təyyarəsi ilə bağlı vəziyyətin nəzarətdə olduğunu açıqlayıb.

1news.az xəbər verir ki, bu barədə “Channel 12” telekanalı məlumat yayıb.

Netanyahunun ofisindən bildirilib ki, İsrail hakimiyyəti təyyarədəki israilli sərnişinlərin ölkəyə təhlükəsiz şəkildə qaytarılması üçün zəruri tədbirləri həyata keçirir.

Baş nazirin ofisinin yaydığı açıqlamada hadisə ilə bağlı vəziyyətin nəzarət altında olduğu və sərnişinlərin İsrailə qaytarılması istiqamətində bütün lazımi addımların atıldığı qeyd olunub.

Qeyd edək ki, “Flydubai”nin Dubay–Təl-Əviv marşrutu üzrə uçan təyyarəsi uçuş zamanı yaranan vəziyyət səbəbindən Səudiyyə Ərəbistanına yönləndirilib.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər