Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

1news Redaksiyası13:27 - Bu gün
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayarq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-28° isti, dağlarda gecə 7-12° ist

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər