Ordubad rayonu və Naxçıvan şəhərində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ordubad rayonu və Naxçıvan şəhərində qaz olmayacaq

1news Redaksiyası12:42 - Bu gün
Ordubad rayonu və Naxçıvan şəhərində qaz olmayacaq

Bu gün Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu və Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

1news.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanədək Ordubad rayonunun Gilançay, Biləv, Behrud, Parağa, Bist, Ələhi, Xurs, Nürgüt, Nəsirvaz və Tivi kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanədək Naxçıvan şəhərinin Xətai məhəlləsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər