Oğuzda narkotik dövriyyəsi ilə bağlı 3 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda narkotik dövriyyəsi ilə bağlı 3 nəfər saxlanılıb

1news Redaksiyası12:38 - Bu gün
Oğuzda narkotik dövriyyəsi ilə bağlı 3 nəfər saxlanılıb

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

1news.az APA-ya istinadən xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsi və kultivasiyası ilə məşğul olan, eləcə də qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Tədbirlərlə S.İbrahimov, E.İsmayılov və T.Haşımov saxlanılıb. Onlardan narkotik vasitələr, kultivasiya etdikləri narkotik tərkibli bitkilər və odlu silahlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər