Bakıda AQEM Media Forumu keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda AQEM Media Forumu keçirilir - FOTO

Qafar Ağayev10:16 - Bu gün
Bakıda AQEM Media Forumu keçirilir - FOTO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir.

1news.az xəbər verir ki, Azərbaycan Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə yerli və xarici media qurumlarının rəhbərləri, diplomatlar və digər qonaqlar iştirak edirlər.

Forumda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov, həmçinin mətbuat və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, AQEM Asiyada sülh, təhlükəsizlik və sabitliyin təşviqinə, üzv dövlətlər arasında etimad və əməkdaşlığın gücləndirilməsinə xidmət edən çoxtərəfli platformadır.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər