Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

1news Redaksiyası10:27 - 01 / 10 / 2026
Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Masallı rayonunun Mollaoba kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az azertac-a istinadən xəbər verir ki, rayon sakini Eminağa Həşimov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı həyətin darvazasına çırpılıb.

Qəza nəticəsində sürücü Eminağa Həşimov və avtomobildəki sərnişin Elvin İbrahimov həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

 

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər