Kürdəmirdə toy mərasimində zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır
Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində zəhərlənmə hadisəsi qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı Agentlik tərəfindən araşdırma aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
73












