Bakıda itkin düşmüş şəxslərlə bağlı IV Beynəlxalq Konfrans keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda itkin düşmüş şəxslərlə bağlı IV Beynəlxalq Konfrans keçirilir

Qafar Ağayev09:41 - Bu gün
Bakıda itkin düşmüş şəxslərlə bağlı IV Beynəlxalq Konfrans keçirilir

Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir.

1news.az xəbər verir ki, builki konfransda itkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi, effektiv mexanizmlərin və praktiki həll yollarının inkişaf etdirilməsi müzakirə olunur.

Müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.

Konfransın məqsədi müzakirələrlə məhdudlaşmayaraq, ailələrin həqiqəti bilmək hüququnun təmin edilməsinə, məlumat mübadiləsinin asanlaşdırılmasına, həmçinin məhkəmə-tibbi, DNT və müasir texnoloji imkanlardan daha geniş istifadəyə xidmət edən dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.

Tədbirdə dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, itkin ailələri və digər tərəflər iştirak edir. Konfrans çərçivəsində humanitar əməkdaşlığın konkret nəticələrə çevrilməsi yolları müzakirə olunur.

 

Paylaş:
139

Son xəbərlər

Bütün xəbərlər