Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir - VİDEO

1news Redaksiyası10:26 - Bu gün
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir - VİDEO

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir.

1news.az xəbər verir ki, prosesdə iştirak etmək istəyən müəllimlər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, il boyu davam edəcək prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında çalışan, həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan və müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanından minimum 30 bal toplayan müəllimlər iştirak edə bilərlər.

📌 Qeydiyyat qaydaları ilə bağlı təlimat videosu: 

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər