Azərbaycan Yaponiya ilə Hiroşima Süni İntellekt Prosesində iştirakı müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Yaponiya ilə Hiroşima Süni İntellekt Prosesində iştirakı müzakirə edib

1news Redaksiyası18:01 - Bu gün
Azərbaycan Yaponiya ilə Hiroşima Süni İntellekt Prosesində iştirakı müzakirə edib

Azərbaycanla Yaponiya informasiya və kommunikasiya texnologiyaları (İKT) və poçt xidmətləri sahəsində əməkdaşlığa dair Fəaliyyət Planının yekunlaşdırılmasını, Hiroşima Süni İntellekt Prosesində iştirak və fəlakətlərin qarşısının alınmasında İKT-nin tətbiqini müzakirə edib.

1news.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir müavini Saməddin Əsədovun Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə görüşdə aparılıb.

Görüşdə həmçinin Azərbaycan və Yaponiya arasında rəqəmsal inkişaf və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya və innovasiya istiqamətlərində təcrübə mübadiləsi, həmçinin birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər