Masazırda 4 avtomobil yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazırda 4 avtomobil yanıb

1news Redaksiyası09:15 - Bu gün
Masazırda 4 avtomobil yanıb

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.

1news.az report-a istinadən xəbər verir ki, hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər